Ceyhun Bayramov. Açiq mənbələrdən foto.
Yeni XİN başçısından nə gözləmək olar? (YENİLƏNİB)
Bakı/16.07.20/Turan: Ceyhun Bayramovun bu gün XİN başçısı təyin edilməsini “gözlənilməz” adlandırmaq olar. Bir gün belə diplomatik işdə işləməmiş insan xarici siyasəti necə həyata keçirəcək, bunu demək çətindir.
Ölkə tarixində əvvəllər də belə hadisələr olub - Tofiq Qasımov və Vilayət Quliyev də karyerası olan diplomatlar deyildi, amma onların siyasi təcrübəsi var idi. Lakin dövlət quruculuğu dövründə və kadr potensialının olmadığı bir vaxtda bu cür təyinatlara bəraət qazandırmaq olardısa, indi bu, ən azı məntiqsizlik kimi görünür.
Məmmədyarovun dövlət başçısının sərəncamlarını pis icra etdiyini və kifayət qədər fəal olmadığını fərz etsək, görünür, yeni nazirdən milli maraqların müdafiəsində daha çox qətiyyət tələb ediləcək. Amma bunun Qarabağ münaqişəsinin nizamlanmasını yaxınlaşdıracağına inanmaq çətindir.
XİN başçısının ən azından öz mövqeyi olmalı, öz yanaşmalarını təklif etməlidir, sıravi əsgər kimi yuxarıdan verilən göstərişləri yerinə yetirməməlidir.
Yeri gəlmişkən, indiyədək ölkə rəhbərliyi bir dəfə belə XİN-i passivliyinə görə tənqid etməyib. Əksinə, bütün tribunalardan yüksək səslə diplomatiyamızın fəal olduğu və bizim Ermənistan üzərində ideoloji qələbə çaldığımız, bütün dünyanın bizim haqlı olduğumuzu və ərazi bütövlüyümüzü etiraf etdiyi bəyan edilirdi. Bu zaman mətbuatda və müxalifət tərəfindən xarici siyasət addımları və XİN-in əməlləri ilə bağlı istənilən tənqidi hakimiyyət ölkənin uğurlarına kölgə salmaq cəhdi kimi qiymətləndirilirdi. -02B-
* * *
2020 İyul 16 (Cümə axşamı) 16:52:29
Azərbaycanın yeni XİN başçısı Ceyhun Bayramov oldu
Bakı/16.07.20/Turan: Azərbaycan prezidenti İlham Əliyev Elmar Məmmədyarovu ölkənin XİN başçısı vəzifəsindən azad edib. Başqa bir sərəncamla bu vəzifəyə daha əvvəl təhsil naziri vəzifəsində işləyən Ceyhun Bayramov təyin edilib. -06D-
-
- Foto sessiyalar
- 16 İyul 2020 16:40
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz