Посещение агрокомбината
Prezident Lukaşenko seçkilərdən sonra üç dəfə özünü göstərib. Hökuməti buraxıb və yenidən təyin edib, Təhlükəsizlik Şurasının iclasını keçirib və avqustun 21-də Dzerjinski aqrokombinatına baş çəkib.
Bu strategiya rejimin tədricən sərtləşdirilməsinə və belarus cəmiyyəti üzərində əvvəlki tam nəzarətin bərpa edilməsinə yönəlib.
Lukaşenkonun avqustun 19-da Təhlükəsizlik Şurasındakı çıxışının təhlili onun 80%-lik qəti qələbəsini təsbit etmək, müxalifətin fəaliyyətini məhdudlaşdırmaq, bu mərhələdə belarusların Avropa ilə münasibətini minimuma endirmək niyyətində olduğunu göstərir. O, islahatlar haqqında qeyri-ardıcıl və qarışıq şəkildə danışıb, bu da onun hələ islahatlara hazır olmadığına dəlalət edir.
Məsələn:
Müxalifət haqqında: müxalifətin koordinasiya şurası yaratması onun, bütün nəticələrini diqqətə alaraq, hakimiyyəti ələ keçirmək cəhdidir.
İslahatlar haqqında: istənilən dəyişikliklər qanunvericlik çərçivəsində və hüquqi müstəvidə həyata keçirilməlidir, əks halda bu, ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq.
Avropa haqqında: Qərb ölkələrinin yığışıb Belarusdakı vəziyyəti müzakirə edən rəhbərləri ilk növbədə öz ölkələrindəki problemli məsələlərə diqqət yetirməlidirlər.
Hakimiyyət haqqında: Belarusda hazırki hakimiyyətin arxalandığı qüvvə var. Biz sarsılmayacağıq və öz yolumuzu necə lazımdır, elə də keçəcəyik.
Lukaşenkonun bir tərəfdən ehtiyatlılığı, digər tərəfdən cəmiyyətə və dünya ictimaiyyətinə nümayişkaranə əminliklə verdiyi sərt mesajlar onun bundan sonra da güc mövqeyindən çıxış etməyə hazır olduğunu göstərir.
Amma yenə də onun real əməllərlə qüvvətləndirilməyən təhdidləri onun etirazçı icimai əhval-ruhiyyənin davam etdiyindən xəbərdar olduğunu və kövrək sakitliyin pozulmasından çəkindiyini göstərir.
Lukaşenkonun düşmənlərinin ikinci etiraz dalğası üçün güc yığdığından da xəbəri olduğu istisna deyil. Bu dalğa Lukaşenkonun 2015-ci il seçkilərində əldə etdiyi hazırki prezidentlik səlahiyyətlərinin başa çatacağı 10 sentyabr tarixinə qədər də, bu tarixdən dərhal sonra da başlaya bilər.
Müxalifət sentyabrın 10-dan sonra Lukaşenkonun qeyri-legitim olacağına ümid edir, belə ki, Avropa İttifaqı ölkələri, ABŞ, Kanada və s. seçkilərdə onun qələbəsini tanımır.
Prezident Aleksandr Lukaşenko sentyabrın 10-da artıq səlahiyyətlərini itirəcək, bu barədə avqustun 18-də “Ukraina 24” telekanalının efirində prezidentliyə namizəd Svetlana Tixanovskayanın qərargahının nümayəndəsi Anna Krasulina bildirib.
“Hakimiyyət dinc şəkildə xalqa verilməlidir. Xalq qalib gəlib, bu, göz önündədir. Qərbdə hamı Belarusda real seçkilərin olmamasından danışır. Sentyabrın 10-da Lukaşenkonun legitimliyi hamını “salamlayacaq””, deyə Krasulina bildirib.
Tixanovskaya cümə günü, avqustun 21-də ölkəni tərk etdikdən sonra ilk mətbuat konfransını keçirib.
O, Belarusda münaqişənin dinc yolla həllinin şərtini açıqlayıb: “Seçkilər yenidən – azad, ədalətli və şəffaf keçirilməlidir. Belarus xalqı bunu tələb edir və bu tələb qəbul edilməlidir”,
Prezidentliyə namizəd həmçinin bildirib ki, dinc etirazları dəstəkləyir və hakimiyyətlə dialoqa ümid edir.
“Çox ümid edirəm və inanıram ki, rəhbərlik xalqını eşidəcək. Bizə həmişə deyilirdi ki, prezident öz ölkəsini və xalqını sevir. Və indi onun gördükləri açıq-aşkar insanların dəyişiklik istədiyini göstərir. Çox ümid edirəm ki, sağlam düşüncə üstünlük təşkil edəcək və xalqın səsi eşidiləcək. Və onlar dialoqa başlayacaq və o ən yeni, şəffaf, ədalətli seçkilər keçiriləcək”, deyə Tixanovskaya bildirib.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz