Dağlıq Qarabağ sosial partlayış ərəfəsində

Videoçarxdan göründüyü kimi, işğal olunmuş bölgənin paytaxtının küçələrində avtomobillər şütüyür. Avtomobillərdə olan  “Artsax İnqilab Partiyası”nın üzvləri sakinləri kütləvi itaətsizlik aksiyalarına çağırırlar. “İnqilabçılar” seçkilərə buraxılmayıb.

Ağacanyan “Qarabağ prezidenti”nə sui-qəsd cəhdində ittiham edildiyi üçün əvvəllər məhkum olunduğuna görə “prezident seçkisi”nə buraxılmayan Qarabağ generalı Samvel Babayandan sitat gətirib. Babayan deyib: “Mən artıq susmayacam. Arsaxın yetişkin əhalisinin 80% -dən çoxu illərdir kredit çuxurundan çıxa bilmir”, - o mitinqlərdə və mətbuatda bildirir. “Arsaxlıların qaçılmaz iqtisadi rifahı barədə DQR hakimiyyətinin verdiyi çoxsaylı vədlər hara getdi? Siz bilirsinizmi bu gün Arsaxın yetişkin əhalisinin 80% -dən çoxu illərdir kredit çuxurundan çıxa bimir? Yalnız faiz hissəsinin öhdəsindən gəlməklə, vaxtaşırı yenidən maliyyələşməyə məcbur olurlar, yəni hər dəfə kreditin həcmini artıraraq banka olan borclarını təkrar kreditləşdirirlər. Qarabağda demək olar ki, hər ikinci ailə elementar məişət texnikası almaq üçün ailənin daş-qaşını girov qoymaq məcburiyyətində qalır,  avtomobil isə yalnız mənzil və evləri girov qoymaqla  alınır. Mən DQ rayonları və kəndlərinin sakinləri ilə tez-tez ünsiyyətdə oluram və hakimiyyətin insanların problemlərinə laqeyd münasibətindən dəhşətə gəlirəm. İnsanlar  yolsuz, susuz və elementar məişət şəraiti olmadan yaşayırlar. Cənab məmurlar, həqiqətin gözünə baxmağa, insanların yoxsulluq işində olduğunu və sizin bunu vecinizə almadığınızı etiraf etməyə cəsarətiniz olsun artıq”.

“Qarabağdakı ağır sosial-iqtisadi vəziyyətlə bağlı videosüjeti “Azadlıq” radiosunun Ermənistan xidmətində yaydıqdan sonra radionun Ermənistan redaksiyası “qəflətən” bu süjeti blokladı. Güman edirəm ki, bu, Bako Saakyanın xahişilə oldu.   Həmin süjetdə radiostansiyanın yerevanlı müxbiri Sarqis Arutyunyan Qarabağ sakinləri arasında sorğu keçirib və adamların 99% -i bildirib ki, artıq ərzaq məhsullarını borca alır, burada kriminal rejim hökm sürür, DQ-dəki vəziyyəti dəyişməyin vaxtı çatıb. Bundan sonra süjet “birdən-birə” bloklanıb. Hakimiyyət Qarabağ əhalisinin kütləvi yoxsulluğu faktını gizlətməyə çalışsa da informasiya bütün maneələrin arxasından sızır”,-  Vaqram açıqlayıb.

“Arsax İnqilab Partiyası” prezident Bako Saakyanın və onun yaxın ətrafının istefasını tələb edir. Krikunovu həbs etdilər, lakin dərhal sərbəst buraxdılar. Ona yeni iştirakçılar qoşuldu. Onlar polis binasının qarşısında dayanaraq polis rəhbərliyi təhqir etməyə başladılar. “Görünür, seçkiləri pozmaq qərarına gəliblər və inqilab yolu ilə yeni bir lider və yeni prezident yaratmaq istəyirlər ki, qəflətən məqamdan istifadə edərək hakimiyyəti ələ keçirsin.

Yerevanda Köçəryan və Sarkisyanın (Ermənistanın keçmiş prezidentləri, əslən Qarabağdan olanlar - red.) məhkəməsi keçirilir. Çox güman ki, Serji həbs etməyəcəklər. İstəsəydilər, çoxdan həbs edərdilər. Öz standartlarına uyğun güzi miqdarda cərimə edib sərbəst buraxacaqlar. O, vaxtilə azadlığının müqabilində özününkülərin hamısına xəyanət etmişdi. Pul və hakimiyyət onun gözlərini kor edib. Əvvəl olduğu kimi tarixdə qəhrəman qalmaq əvəzinə, quldur kimi qalacaqlar. İndi Arsaxa arxalanırlar, bizdən qisas almaq istəyirlər, insanlara “qızıl dağlar”, pulsuz tibb, pulsuz təhsil, yeni ailələrə qayğı və daha çox şeylər vəd edirlər”, - qarabağlı bloqer David (“Kavkazskiy uzel”) yazır. 

Hərbi və milli təhlükəsizlik problemləri üzrə ekspert Raçya Arzumanyan (Ermənistan) Facebook-da Qarabağ erməniləri ilə söhbətlərindən təəssüratlarını bölüşür:

“Həmsöhbətlərdən birinin sözləri məni riqqətə gətirdi”, - yazır və bu sözlərdən sitat gətirir: “Zaman dəyişib və hakimiyyət də dəyişməlidir. Sovet İttifaqı var idi, o vaxtlar həyat necə idi, amma hər şey bitdi və yenidən, yeni bir şəkildə yaşamaq lazım gəldi. İndi də hər şey dəyişib və başqa cür olacaq. Deməli, yeni adamlar və yeni hakimiyyət seçmək lazımdır. Köhnələr bizi dəfn edəcəklər”.

Oturduqları yerin sahibinin sözləri də Arzumanyanın xoşuna gəlib. “Vergi ödəmək, ordunu, qocaları və uşaqları saxlamaq lazımdır. Əgər ödəməsək, büdcəyə pul haradan gələcək?”

“Biz sağlam, düzgün xalqıq. Sadəcə, Arsaxda yeni hakimiyyət qurmaq lazımdır, sonra addım-addım Miatsumu başa çatdırmaq və irəliləmək lazımdır. Bizdə hər şey alınacaq” - yerevanlı R. Arzumanyan çağırır.

Qarabağlı bloqer Davidin fikirləri onunla  ziddiyyət təşkil edir. Bloqer Dağlıq Qarabağda baş verənlərin əsl mənzərəsini dərc edir və səmimiyyəti üçün erməni oxuculardan “töhmət” alıb.

“Maraqlıdır, prezident Bako Saakyanın xəbəri varmı ki, indi bizdə qışdır  və nə qədər isti keçməsinə baxmayaraq, hər ailə ayda istilik üçün əlavə olaraq minimum yüz dollara yaxın xərcləyir? Onların xəbəri varmı, necə evdə borcun ödənilməməsi səbəbindən qaz kəsilib? Hazırkı prezident kimi bununla bağlı nə düşünür, yoxsa ona dəxli yoxdur? Ordu quruculuğundan danışırlar. Bir kisə sementə 10 kisə qum qatırlarsa hansı quruculuqdan danışırlar? Bunu yoxlamaq çətin deyil, ancaq bu, kimi maraqlandırırsa pulu onunla bölüş və sakitcə oğurla. Kimdən oğurlayırsan? Xalqdan, ordudan oğurlayırsan. Bu,  heç kimi maraqlandırmır. Əgər belə olmasaydı, indi bu oğrular Şuşa həbsxanasında olardı, amma mən heç bu barədə bir şey eşitmədim. İndi Arsaxın daxili işlərinə qarışmadığını bəyan edən Nikol Paşinyan bu “qanuni oğrular” ilə qeyri-ixtiyari əlbir olmuş olur, çünki sabah onlardan biri yenidən prezident olsa və desə ki, “gəlin hər şeyi silib, yenidən başlayacaq”, o,  həmin adamların Arsaxın büdcəsindən neçə milyon dollar oğurlaması haqda dəqiq rəqəmləri bilə-bilə yenə də onlarla eyni masada oturmalı olacaq. Ancaq məsələ təkcə Nikol Paşinyanda deyil, məsələ bizdədir, biz də oğurluğun  iştirakçısı olacağıq”, - Xankəndidə bloqer yazıb.

Astna.biz 26.02.20 tarixli məqalədə 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçiriləcək “prezident və parlament seçkiləri”ndən yazıb. Prezidentliyə 14 namizəd iddialıdır. Hazırda olar qruplaşaraq, rəqiblərinə qarşı birləşərək, bir blokdan digərinə keçərək sərt mübarizə aparırlar. İşğal altında olan regionda real seçkiqabağı proses gedir. Hazırkı “prezident” seçkilərdə iştirak etmir.

Narazı əhali baş verənləri izləyir, o, heç bir yerli siyasətçiyə inanmır.  Vaqram Ağacanyan hesab edir ki, gələn ayın sonuna qədər Qarabağda sosial partlayış olacaq və bu indiki hakimiyəti və onun əleyhdarlarını dəfn edəcək.

Qarabağlı jurnalist Vaqram Ağacanyan 2000-ci ildə həbs edilib və işğalçı rejim rəhbərliyində korrupsiyaya dair məqaləyə görə Şuşa həbsxanasında bir il cəza çəkib. Formal olaraq yerli rəhbərlərin şərəf və ləyaqətini təhqir etməkdə ittiham olunmuşdu. Ağacanyan iddia edir ki, 2016-cı ildə təsis etdiyi “Üçüncü qüvvə plyus” qəzetinin maddi vəsaiti Ermənistan və Dağlıq Qarabağ rəhbərliyinin səhlənkarlığı ilə Rusiya FTX zabiti Pozdnışev tərəfindən oğurlanıb və mənimsənilib.

“O vaxtdan baş redaktor Ağacanyanın mənzili DQR xüsusi xidməti və polisin nəzarəti altına alınıb. Vaqram Ağacanyanın hər addımı, telefon danışıqları və yazışmaları izlənilir. Beynəlxalq təşkilatlarla əlaqəli bir ünvan istisna olmaqla, redaksiyanın bütün elektron poçt ünvanları bloklanıb. Dövlət KİV jurnalistləri baş redaktora telefon edərək Yerevan və digər KİV-lərdə onu gözdən salan yazıların dərci ilə hədələyiblər”,  - 2016-cı ildə Ermənistan KİV məlumat yaymışdı.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti