Ruins of Agdam

Ruins of Agdam

2020-ci il sentyabrın 27-də başlamış Qarabağ müharibəsi günlərində ermənilərin təbliğat spekulyasiyası üçün əsas mövzulardan biri də Qarabağda dinc sakinlərin ölümüdür. Yerevan KİV-ləri hər gün hərbi əməliyyatlar zonasında Azərbaycan ordusu tərəfindən mülki erməni əhalisinin guya məqsədyönlü şəkildə öldürülməsi haqqında məlumat yayır, xarici saytlar və qəzetlər də bu məlumatları tirajlayır.

Ermənistanın rəsmi mənbələri bildirirlər ki, oktyabrın 22-nə olan məlumata görə, sentyabrın 27-dən etibarən Qarabağda döyüş zonasında 37 mülki şəxs vəfat edib, 116 nəfər yaralanıb.

Azərbaycanın Baş Prokurorluğu hər gün öz saytında hərbi əməliyyatların aparıldığı zonalardan kənarda mülki əhali arasında itkilər haqqında məlumat yerləşdirir. 2020-ci il oktyabrın 23-nə olan məlumata görə, sentyabrın 27-dən etibarən Ermənistan SQ-nin artilleriya və raket zərbələri nəticəsində Azərbaycanda63 nəfər həlak olmuş, 298 nəfər dinc sakin yaralanmışdır. Təkcə Gəncə şəhərində Ermənistan ərazisindən (Vanadzor ş.) oktyabrın 11-də və 17-də gecə atılmış iki ballistik raket 23 dinc sakinin ölümünə, 87 Gəncə sakininin yaralanmasına səbəb olub.

Azərbaycan tərəfindən mülki əhali arasında itkilər iki dəfəyə qədər çoxdur.

Buradan belə bir nəticə çıxır ki, Azərbaycan ordusu Dağlıq Qarabağda yaşayış məntəqələrinə atəş açmamağa çalışır. Tərtərə və müharibə zonasından kənarda Azərbaycanın digər yaşayış məntəqələrinə açılan atəşlərə cavab olaraq Xankəndi (Stepanakert) raket və artilleriya zərbəsinə məruz qalıb. Hətta bu halda belə, Azərbaycan hökuməti döyüşlər başladığı gündən etibarən təlafat olmaması üçün dinc əhalini hərbi əməliyyatlar zonasını tərk etməyə çağırıb. Dinc əhalinin Ermənistana getməsi üçün dəhliz yaradılmışdı və Azərbaycan ordusu tərəfindən avtomobil karvanlarına bir dəfə belə atəş açılmayıb.

Ermənistan isə gecə, insanlar evdə olarkən binaları raket atəşinə məruz qoyub. Bu, Azərbaycanın dinc əhalisi arasında daha çox sayda itki olması məqsədilə edilib.

Eyni zamanda, atəşə məruz qalan Gəncə, Kürdəmir, Sitalçay, Qəbələ, Tərtər, Bərdə və digər Azərbaycan şəhərləri və kəndləri Azərbaycan ordusunun hərbi mövqelərindən 20-300 km məsafədə yerləşir. Gəncə və Dağlıq Qarabağ (Ağdərə şəhəri) arasında məsafə 132 km təşkil edir.

Sentyabrın 27-dən etibarən Azərbaycan ərazisində artilleriya və raket zərbələrindən 2156 yaşayış evinə ziyan dəyib və tamamilə məhv edilib.


Gandja - Oktyabr 2020

TerterOktyabr 2020

Bu, dövlət səviyyəsində planlaşdırılmış genişmiqyaslı terror aktından başqa bir şey deyil.

Ermənistan Azərbaycanı Dağlıq Qarabağda yaşayış məntəqələrinə atəş açmaqda ittiham edir. Amma azad edilmiş Hadrutda, Suqovuşanda (Madagiz), Talışda, Dolanlarda çəkilmiş videogörüntülərdən göründüyü qədər, yaşayış məntəqələri içərisində erməni ordusunun hərbi hissələri yerləşib. Bəzi hallarda Azərbaycan kəndlərinə və şəhərlərinə atəş açan artilleriya batareyaları işğal edilmiş zonadakı yaşayış məntəqələrinin yaxınlığında və ya içində yerləşdirilib.

Amma, buna baxmayaraq, Azərbaycan ordusunun nəzarəti altına keçmiş kəndlərdə və şəhərlərdə, praktiki olaraq, binalara ziyan dəyməyib. Bu, Azərbaycan ordusunun nəzarəti altına keçdikdən sonra Qarabağın kəndlərində və şəhərlərində çəkilmiş çox sayda fotoşəkil və videogörüntülərdən görünür.

Azərbaycanda böyük iqtisadi obyektlər: Oğuz-Qəbələ-Bakı su kəməri, Mingəçevir SES, Tərtərdə pambıq fabriki də Ermənistan tərəfindən raket hücumunun hədəfləridir.


Gadrud - Oktyabr 2020


Sugovushan (Madaqiz) - Oktyabr 2020

Bu faktlar Azərbaycan hərbiçilərinin 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə dəqiqliklə riayət etdiyini göstərir. Ermənistan da bu Konvensiyanı ratifikasiya edib, amma göründüyü qədər, ona məhəl qoymur. Konvensiyaya əsasən, hər iki ölkə təxmin olunan münaqişə zamanı heç bir halda “kombatant” olmayanlara, mülki əhaliyə atəş açmamaq və onların müdafiəsini təmin etmək öhdəliyi götürüb.

Konvensiyanın tələblərinə əsasən, müharibələr zamanı mülki obyektlərə və əhaliyə atəş açmaq qadağandır, bu, müharibə cinayəti hesab olunur. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 12 avqust 1949-cu il tarixli 1-ci Protokolunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən, mülki əhaliyə və obyektlərə atəş açılması qadağandır. Beynəlxalq hüquqa və sənədlərə əsasən, ermənilərin əməlləri terrordur.

Azərbaycan Ermənistan SQ-nin Azərbaycanın dinc əhalisinə qəsdən endirilən raket zərbələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcək.

“Ermənistan SQ-nin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə hücumları ilə bağlı hər bir fakt Baş Prokurorluq tərəfindən sənədləşdirilir, cinayət işləri açılır və materiallar yığılır”, deyə oktyabrın 19-da Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuata bildirib.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti