dalma.new

dalma.new

“Gallup İnternational Association”ın Ermənistan nümayəndəliyi iyunun 18-də sosial sorğunun nəticələrini elan edib. Bu nəticələrə əsasən, Ermənistan iyunun 20-də keçiriləcək parlament seçkilərində seçicilərinin 51,1%-i iştirak edəcək. Sorğunu əslində Ermənistanın MPG (Marketing Professional Group) Konsaltinq Şirkətinin keçirdiyini qeyd etmək lazımdır. Bu şirkət 2011-ci ildən Amerikanın Gallup ictimai rəy institutunun nümayəndəliyi qismində fəaliyyət göstərir və sorğuları Gallup İnternational Association markası altında dərc edir. Amma, yenə də, bu, Aram Navasardyanın rəhbərlik etdiyi MPG-dir. Sorğuların nəticələri şübhə doğurur.

Beləliklə, 18 iyun tarixli sorğuda kimə səs verəcəkləri barədə suala respondentlər belə cavab veriblər:

“Ermənistan” bloku – 28,7% (lideri Robert Koçaryan);

“Vətəndaş Mqaviləsi” partiyası – 25,2% (Nikol Paşinyan)

“Şərəfim var” bloku – 10,8% (Artur Vanetsyan);

“Çiçəklənən Ermənistan” partiyası – 5,4% (Qaqik Tsarukyan);

“Maariflənmiş Ermənistan” partiyası – 5,2% (Edmon Marukyan).

Şübhəsiz, dünya auditoriyası erməni seçicilərin seçimlərində metamorfozun şahidi olub. Bəs əslində belə bir metamorfoz olub? Hələ bu yaxınlarda Koçaryan beş faizlə seçkiqabağı kampaniyanın autsayderi idi və 2008-ci ildən, seçkilərin saxtalaşdırılması ilə razı olmayan vətəndaşları güllələdikdən və seçicilər arasında məşhur olmayan əlaltısı Sarkisyanı prezident kürsüsünə daşıdıqdan sonra nüfuza malik deyildi.

Bu il 15-17 fevral tarixlərində MPG telefon zəngləri vasitəsilə sorğu keçirib. Sorğunun coğrafiyası Ermənistanın bütün regionlarını əhatə edib, iştirakçıların sayı 801 nəfər təşkil edib.

Respondentlərin 32%-i Ermənistanın keçmiş hakimiyyət nümayəndələrini (Koçaryan və Sarkisyanı), 28,8%-i Nikol Paşinyanı və onun hökumətini, 16,1%-i Türkiyəni və onun Azərbaycana hərbi dəstəyini 44 günlük müharibədə məğlubiyyətin əsas səbəbi hesab edir, rəyi soruşulanların 10,2%-i hesab edir ki, müharibə uduzulmayıb, 4,4% ayrı-ayrı zabitləri təqsirli bilir, 19,2% digər cavablar veriblər, 7,7% qiymətləndirməkdə çətinlik çəkiblər.

Seçkilər qarşıdan gələn bazar günü keçirilsəydi, respondentlərin 33,1%-i “Mənim addımım”a, 4,4%-i “Çiçəklənən Ermənistan”a, 2,6%-i “Maariflənmiş Ermənistan”a, 2,2%-i ERP-yə, 2,2%-i Ermənistan İnqilab Federasiyasına, 0,9%-i “Vətən”ə, 0,7%-i “Respublika”ya, 0,4%-i “Sasna Tsrer”ə və s. səs verərdi.

Rəyi soruşulanların 5,6%-i Robert Koçaryana, 0,9%-i Vazgen Manukyana səs verməyə hazırdır, deyə MPG rəhbəri Aram Navasardyan qeyd edib.

Metamorfozun gözlənilən olmasının səbəbi elektoratın 2008-ci ildəki səhvini dərk etməsi və Koçaryanın şəxsində millətin xilasedicisini görməsi deyil. Bu, dərk edilməyib və bunun dəlili 2021-ci ilin ilk 5 ayı ərzində rekord sayda əhalinin – 80 min nəfərin Ermənistanı tərk etməsidir.

Bu MPG-nin sorğuları həmişə şübhəli, hətta, bəlkə də, saxtalaşdırılmış görünürdü.

Bu da parlaq nümunə: 2013-cü ildə prezident seçkiləri öncəsi MPG-Gallup-ın nəticələrinə görə, fəaliyyətdə olan nüfuzsuz prezident Sarkisyan Ermənistan seçiciləri arasında ən yüksək reytinqi qazanıb – 68%, ikinci yerdə sabiq xarici işlər naziri Raffi Ovannisyan var idi - əhalinin 24%-nin rəğbətini qazanmışdı. Digər namizədlər beş faizlik göstəricinin altında qalmışdı.

2018-ci il aprelin 2-də Ermənistanda parlament seçkilərində MPG – elə həmin Gallup, həmin ... seçki məntəqələrinin çıxışında sorğu zamanı seçicilərin səsinin 46%-ni Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasına aid etmişdi. İkinci yerdə 25% səslə milyarder Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası var idi. Paşinyan yox idi. Bir halda ki, Ermənistanda Sarkisyanın baş nazir seçilməsinə qarşı kütləvi etiraz aksiyaları başlamışdı. Bu aksiyalar aprelin 23-də onun istefası ilə başa çatdı.

Və elə həmin MPG-nin 2018-ci ilin noyabrında elan etdiyi sorğu nəticələrinə görə, indi artıq rəyi soruşulanların 68,3%-i səsini baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna verməyə hazır idi.

Bu sorğuya görə ikinci yeri respondentlərin 6,7%-nin səsini verməyə hazır olduğu “Çiçəklənən Ermənistan” tutur, onun ardınca Ermənistan Respublika Partiyası (ERP) (1,5%), “İşıqlı Ermənistan” (1,2%), “Daşnaksutyun” Ermənistan İnqilab Federasiyası (1%) gəlir.

“Digər siyasi qüvvələr 1%-dən az səs yığıblar”, deyə Aram Navasardyan bildirib.

Navasardyanın taktiki addımlarını təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, MPG seçicilərə onların seçdikləri xilasedicinin Koçaryan olduğunu, Paşinyanın isə vurulmuş kart olduğunu təlqin etməyə çalışır. Hədəf auditoriya hələ qərarını verməyənlərdir, onlar isə seçicilərin təxminən 40%-ni təşkil edir. Ortaya çıxan digər nəticə ondan ibarətdir ki, iyunun 20-də seçkilər, fiziki zorakılığın tətbiqinə qədər, amansız şəraitdə keçəcək.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti