Russian and Turkish military in Syria
Rusiya tərəfinin təkidlə “Dağlıq Qarabağdakı sülhməramlı qüvvələr arasında Türkiyənin olmayacağını” deməsinə baxmayaraq,milli müdafiə naziri Hulusi Akar hərbi əməliyyatların zəfərlə başa çatmasından sonra da Türkiyənin orada olduğunu və olmağa davam edəcəyini bildirdi:”Türkiyə oranın harasındadır?Türkiyə oranın tam yanındadır.Həm masa arxasında həm də sahədə.Orada “Mən gəldim,hər şey başa çatdı” – məsələsindən söhbət gedə bilməz”
Türk ordusunun bu qərarlılığı 12 iyuldan sonra başlayan proseslərin üzvi şəkildə davamı olub,siyasi hakimiyyət də eyni qərarlılığı nümayiş etdirir.Nazir Akarın açıqlamalarında diqqəti cəlb edən başqa bir cəhət isə 2019-cu ilin iyununda Rusiyadan idxal edilərək ilk dəfə keçən ay Qara dəniz sahilindəki Sinop bölgəsində sınaqdan keçirlən S-400 hava hücumundan müdafiə raketləriylə ABŞ-ın F-35 raketləri arasındakı “ahəngdar çalışma” məsələsini müzakirə etməyə və narahatlıqları aradan qaldırmağa hazır olduqlarını” bildirməsi idi.Məlum olduğu kimi,Vaşinqton və NATO-nun təlqin və təzyiqlərinə baxmayaraq,Türkiyə S-400 raketlərini almaqdan vaz keçməmiş və buna cavab olaraq ABŞ “Dost olmayan ölkələrə qarşı tətbiq edilən sanksiyalar siyahısı”na (CATSAA) Türkiyəni də daxil etmişdi.Azərbaycanın əzici qələbəsindən sonra Türkiyə ilə Rusiya arasında “Dağlıq Qarabağdakı sülhməramlı qüvvələr”in içində Türk hərbçiləri olmayacaq”(Rusiya tərəfinin qəti mövqeyi) ilə “Biz oranın tam yanındayıq” (Türkiyənin mövqeyi) şəklindəki açıqlamalar bir-birini təqib edərkən nazir Akarın S-400 və F-35 məsələsini gündəmə gətirməsi nələrə işarə edə bilər?
- Rusiyadan S-400 almağa davam ediləcəkmi? Ediləcəksə,Vaşinqtona,”Əsəbləşməyin,sizinlə də əməkdaşlığa hazırıq”- mesajı verilirmi?
- Azərbaycanın öz torpaqlarını separatçılardan,terrorçulardan,soyqırımçılardan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar vaxtı “Bölgəyə cihadçıları gətirdi”- iddiasıyla suçlanmasına baxmayaraq,Türkiyənin öz qərarlılığından vaz keçməyərək əməliyyatlara böyük mənəvi dəstəyə davam etməsinə Moskvanın uzun müddət susqun qalmasının bir səbəbi də S-400 satışlarının dair başqa sazişlərin imzalanması ola bilərmi?
- F-35 ilə S-400 arasında “ahəngli funksiya” yaradılmasının böyük ölçüdə mümkün olmadığı bilindiyi halda və Vaşinqtonun S-400 idxalatını işin əvvəlindən qeydsiz-şərtsiz rədd etməsinə baxmayaraq,nazir Akar niyə məhz Azərbaycanın əzici qələbəsindən sonra və Türkiyənin “orada olduğunu və olacağını” elan edərkən “S-400 ilə F-35-in ahəngdar funksiyası üçün müzakirələrə hazır olduqlarını” açıqlamağa ehtiyac hiss etdi?
- Daha əvvəl Ankara ilə Moskva arasında S-400 raketlərinin satışı-alışına dair iki müqavilənin imzalandığını Rusiya tərəfi açıqlamışdı.Türkiyə milli müdafiə nazirinin açıqlamasından sonra Vaşinqtonun qəbul etməməsinə baxmayaraq,Türkiyə Rusiyadan raket almağa davam etsə,bu durum NATO-nun iki köhnə müttəfiqi arasındakı münasibətlərə nə dərəcədə təsir göstərəcək?
- Və nəhayət: milli müdafiə naziri Akar, Türkiyə ilə Rusiyanın bölgədəki əməkdaşlıq şərtlərini müzakirə etmək üçün Rusiya heyətiylə təfərrüatlı müzakirələr aparacaqlarını da açıqlamışdı.Sual olunur: söhbət “Dağlıq Qarabağ”dakı “sülh məramlı” Rusiya qüvvələriylə birlikdə Türk hərbçilərinin də olmasından gedirsə və Rusiya artıq oraya bir hərbi baza yaratmaq həcmində ən müasir silah-sursat və hərbçi göndəribsə,Türkiyə bundan sonra “sülh məramlı”ların olduğu yerlərə hansı şərtlərdə gedəcək? Pessimist mənada demirik ancaq xatırlatmaq yerinə düşərdi ki,Moskvadan Ankaraya o heyətlər İdlibdəki “müşahidə missiyası” adlı əməkdaşlığı müzakirə etmək üçün də gəlirdi(Ankaradan Moskvaya da gedirdi) və 1.5 il davam edən müzakirələr 57 Türk hərbçisinin o bölgədəki Rusiya qüvvələri tərəfindən qətl edilməsiylə nəticələnmişdi.
Bu dəfəki “müşahidə əməkdaşlığı”nın uğurla nəticələnməsi hamımızın arzusu olmalıdır..
Mayis Əlizadə
Rəy yaz