AFP
Paşinyan uduzur, amma Köçəryana yox
Ermənistanda "Paşinyan erasının sonunun başlanmasından” danışılır. Onun reytinqi, şübhəsiz ki, düşür. Ancaq sual yaranır: Paşinyanın populyarlığının azalması nəyə gətirib çıxaracaq və ya hakimiyyəti ondan kim alacaq?
Bütün ölkə miqyasında baş nazirin hamıya məlum bir siyasi rəqibi var - bu, eks-prezident Robert Köçəryandır. Lakin bazar günü demokratik keçirilən seçkilərdə qalib gələnlər - Paşinyanın əleyhdarları Köçəryanın tərəfdarları deyildi.
Birləşdirilmiş Sevan icmasının Ağsaqqallar Şurasına seçkilərdə Sevan şəhərinin hazırkı meri Sarkis Muradyanın rəhbərlik etdiyi partiyalar bloku qələbə qazanıb. Birləşdirilmiş Masis icmasında David Ambarsumyanın komandası qalib gəlib. Kotayk vilayətinin Abovyan icmasında və Paşinyanın nümayəndələrinin uduzduqları digər icmalarda Çiçəklənən Ermənistan Partiyası liderlik edir.
Ümumi tendensiya belədir ki, əksər yerlərdə hakim partiyanın təmsilçiləri üzərində qələbəni parlament müxalifətilə assosiasiya olunmayan yerli elitalar qazanırlar. Yəni, bu qənaət bir daha təsdiqlənir ki, ötən ilin yayında keçirilmiş parlament seçkilərində Ermənistan vətəndaşları Paşinyana ona görə səs veriblər ki, Köçəryan və Sarqsyan qalib gəlməsin, - politoloq Fərhad Məmmədov belə hesab edir.
O, Turan-a müsahibəsində deyib ki, Ermənistan əhalisinin əksəriyyəti hazırkı siyasi elitadan heç kimə etibar etmir, amma "keçmişlər"ə Paşinyandan daha çox nifrət edirlər. F. Məmmədov aşağıdakı nəticəyə gəlir:
- Paşinyan başa düşür ki, narazılıq artır və nə qədər ki Köçəryan və Sarqsyan var, prosesi idarə edə bilər. Onun üçün təhlükə "keçmiş"lərlə əlaqəsi olmayan şəxslər ətrafında formalaşa biləcək alternativdir.
“Keçmiş” olmayanlar, yəni Köçəryan-Sarqyanla əlaqəsi olmayan müxalifətçilər: prezident Sarkisyan, ombudsman Arman Tatoyan, hüquq müdafiəçisi və keçmiş deputat Edmon Marukyan, milyarder Ruben Vardanyan. Üçüncü qüvvə roluna Qərbpərəst qüvvələr də iddia edəcəklər.
- Yerli seçkilərdə məğlubiyyət tendensiyası Paşinyanın legitimliyini şübhə altına almır. O, parlament seçkilərində qalib gəlib və legitimdir. Amma parlament sistemi fraksiyaların parlamentdə sıx birləşməsini nəzərdə tutur ki, bu da partiya uduzmağa davam edərsə, laxlaya bilər. Partiyanın parçalanması hakimiyyətdaxili qrupun formalaşması zamanı baş verə bilər (bu qrup Paşinyanın onların gələcəyi üçün təhlükə olduğunu hesab edərsə). Parlamentdə çoxluğu saxlaya biləcək partiyaların liderləri bu yolla gedə bilər.
- Hakim partiyanın məğlubiyyəti hələlik sistemli xarakter daşımır. Kiçik partiyalar və yerli elitalar qalib gəlir. Paşinyan müxalifətin parçalanmasına nail olaraq, bu faktdan öz xeyrinə istifadə edə bilər.
Azərbaycan üçün nəticə ondan ibarətdir ki, Paşinyan qərarları imzalayan lider kimi onların icrasından qaçmasın. Erməni müxalifətçiləri güc yolu ilə hakimiyyəti ələ keçirməyə sövq etməmək üçün Ermənistanda siyasi qeyri – sabitliyin stimullaşdırılması Bakının maraqlarına uyğun deyil, Məmmədov hesab edir.
Lakin Qarabağdan gələn xəbərlər yerli qanunsuz erməni silahlı birləşmələri ilə Azərbaycan ordusu arasında gərginliyin artmasından xəbər verir ki, bu da Ermənistanda daxili siyasi vəziyyətə təsir göstərəcək və Paşinyanın devrilməsi ehtimalını artıracaq. Bu günlərdə Bakı Yerevana on erməni əsiri qaytarsa da, Azərbaycana və Paşinyana qarşı düşmənçilik ritorikası səngimir.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz