Nikol Pashinyan
Paşinyanın qələbəsi regiona nə vəd edir?
Növbədənkənar parlament seçkilərində Paşinyan komandasının qələbəsini sensasiya hesab etmək olar. Bu, təkcə xarici müşahidəçilər və ekspertlər üçün deyil, həm də Ermənistanın özündə çoxları üçün gözlənilməz oldu.
Ekspertlər ilk şərhlərində keçmiş hakimiyyətə və qarabağlılara qarşı gizli nifrətin Paşinyana qarşı neqativdən daha güclü olduğunu qeyd edirlər.
Seçkilərin nəticələri həm də onu göstərir ki, erməni cəmiyyəti Qarabağ naminə istənilən məhrumiyyətə hazır deyil və "revanş" istəmir. Bu nəticə həddindən artıq əhəmiyyətlidir və həm Ermənistanda, həm də Qarabağda "müharibə partiyası"nın təsirinin azaldığını göstərir.
Bunun nəticəsi olaraq, Azərbaycan və Türkiyə ilə qarşıdurma tərəfdarlarının Ermənistandanaxını güclənəcək, daşnakların liderlərini isə Levon Ter-Petrosyanın prezidentliyi dövründə başlarına gələnlər gözləyə bilər.
Amma Koçaryanın və onun tərəfdarlarının mövqelərini belə asanlıqla təslim edəcəyini düşünmək olmaz. Deputat mandatları onlara müvəqqəti təhlükəsizlik zəmanəti verir. Paşinyan komandasına qarşı aktiv mübarizə mütləq repressiyalara gətirib çıxaracaq. Paşinyanın seçkiqabağı mitinqlər zamanı salladığı çəkic tez ya gec Koçaryanın başına dəyəcək. Sarkisyan komandasını və rejimin digər fəal düşmənlərini də hesablaşma gözləyir.
Xarici siyasi aspektdə Ermənistan Qərbyönlü istiqaməti qoruyub saxlayacaq və bunu təkcə Yerevanın istəyi ilə deyil, Moskva tərəfindən sabotaj səbəbindən edəcək. Rusiya Paşinyan hakimiyyətini zəiflətmək üçün Qarabağ vasitəsilə Ermənistana təzyiq göstərməkdən, çətin ki, əl çəksin. Amma bu, çətin ki, onu devirmək cəhdlərinə gətirib çıxarsın. Çox güman ki, təzyiq 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərin tam şəkildə həyata keçirilməsinə nail olmaq məqsədi güdəcək.
Ümumilikdə bu, həm Rusiyanın, həm də digər qlobal oyunçuların maraqlarına uyğundur. Onlar üçün ən əhəmiyyətli məsələ yeni müharibəyə yol verməmək və nəqliyyat kommunikasiyalarını açmaqdır.
Azərbaycanla münasibətlərin normallaşdırılması üzrə addımlar gözləmək olar, baxmayaraq ki, yerli radikalların və müxalifətin təzyiqi Paşinyanın fəal hərəkət etməsinə imkan verməyəcək. İlk növbədə bu, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinə, habelə əsirlərin taleyinə aiddir.
Çox şey Yerevandan Bakıya gələn ilk siqnalların necə olacağından asılı olacaq. "Qarabağın müstəqilliyinə" dəstək, "xilas naminə ayrılma", "Zəngəzurda heç bir dəhliz ola bilməz" və s. kimi şüarlar davam edərsə, Ermənistanda siyasi böhranın aradan qalxdığını və yeni müharibə perspektivlərinin istisna olduğunu demək olmaz.
Amma bu gün Paşinyan üçün ən böyük təhlükə Azərbaycan deyil, orduda və xüsusi xidmətlərdə onu sui-qəsdlə aradan qaldırmaqdan başqa çıxış yolu olmayan daşnakyönlü qruplardır.
Şahin Hacıyev
-
- Cəmiyyət
- 21 İyun 2021 12:59
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz