president.az

president.az

Xanım prezident səfəri iki mühüm aspektə - Avropayönlü nəqliyyat-energetika siyasətinə və hər iki dövlətin ərazi bütövlüyünün bərpasına əsaslanaraq Azərbaycanla strateji münasibətlər quran sələflərinin ənənəsinin davamı adlandırıb.

Bakıda prezident İlham Əliyevlə danışıqlarının nəticələrinə həsr olunmuş mətbuat konfransında Zurabişvili bu iki aspekti əsas və iki ölkənin inkişaf strategiyasını və onların prioritetlərini birləşdirən aspektlər kimi vurğulayıb.

Fevralda Avropaya səfərləri zamanı Zurabişvili siyasi və xarici siyasi istiqaməti - Qərblə birləşmə ilə bağlı seçkiqabağı mövqeyini təkrar edib. O qeyd edib ki, prezident vəzifəsində olacağı 6 il ərzində qarşısına Gürcüstanın Avropaya maksimum inteqrasiyası və hətta Avropa İttifaqına daxil olması məqsədi qoyub.

2008-ci ildə Gürcüstana hücum edərək, iki separatçı regionu zorla ayıran Rusiyanın postsovet məkanında təxmin edilməsi mümkün olmayan addımları və Moskvanın Ukraynaya qarşı son hərəkətləri bu siyasəti tələsdirir. Bu şəraitdə Gürcüstan prezidenti Rusiya ilə dialoq üçün əsas görmür, amma Avropa institutları və xüsusən NATO ilə əməkdaşlığı gücləndirməklə özünü ondan qorumağı zəruri hesab edir.

Gürcüstanın bu strategiyasında Azərbaycan regionun enerji təhlükəsizliyinin baş oyunçusu və uzaq və yaxın keçmişin tarixi hadisələrində sınanmış etibarlı tərəfdaş kimi mühüm yer tutur.

Prezident Əliyev də hesab edir ki, nəqliyyat-energetika və ərazi bütövlüyü aspektləri Gürcüstan və Azərbaycan arasında prioritet bağlayıcılardır. Mətbuat konfransında o, TANAP qaz kəməri, BTC neft kəməri, Bakı-Supsa, BTK dəmir yolu dəhlizi kimi layihələri vurğulayıb. Bu zaman Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına diqqət çəkib, qardaş Ankaranın iştirakı olmadan Cənubi Qafqaz layihələrinin gerçəkləşə bilməyəcəyini nəzərə çatdırıb.

Prezidentlərin çıxışları, həmçinin Gürcüstan nümayəndə heyətindən rəsmi şəxslərin şərhləri Cənubi Qafqazın Avropa meyli nəinki davam etdiriləcək, həm də keçmiş Fransa diplomatı kimi təcrübəsi olan Salome Zurabişvilinin bu prosesdə fəal rol oynaması ilə daha da gücləndiriləcək. Qafqazda qadınların belə liderliyi gözlənilməz nəticələrə məhkumdur.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti