koronavirusinfo.az
854 yeni yoluxma halı, 19 nəfər vəfat edib
Bakı/23.12.21/Turan: Ötən gün Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 854 yeni hal aşkar edilib. Bununla yanaşı, 1 569 nəfər müalicə olunub, 19 nəfər vəfat edib. Bu barədə dekabrın 23–də Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Hazırda Azərbaycanda yoluxanların ümumi sayı 613 059 nəfərdir, onlardan 591 724 nəfəri müalicə olunub, 8 257 nəfər vəfat edib.
Aktiv xəstə sayı 13078-dir. Ötən gün 11 462 test keçirilib. -02D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz