Amal Kluni
Amal Kluni sanksiyaları təklif edib
Bakı/11.07.19/Turan: İyulun 10-da Londonda start götürmüş və Böyük Britaniya və Kanada hökumətləri təşkil olunmuş Qlobal Media Azadlığı Konfransın ikinci günündə media azadlığın vacibliyi, hakimiyyətin media azadlığın qorumasının yolları, azad medianın çətinlikləri dezinformasiyanın qarşısının alınması yolları kimi mövzular müzakirə olundu. Bu barədə konfransda iştirak edən Turanın müxbiri xəbər verib.
Konfransın leytmotivi bütün dünyada media azadlığının təbliğidir, çünki bu, hər ölkənin iqtisadi inkişafının, sosial rifahının mühüm tərkib hissəsidir. Konfransda müxtəlif ölkələrdən bir çox beynəlxalq təşkilatların rəhbərləri, hökümət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirlər.
Konfransda insan haqları üzrə vəkil Amal Kluni söz azadlığını pozan dövlətlərə qarşı sanksiyaların təyini və davamlı tədbiq edilməsini, sığınacaq istəyən jurnalistlər üçün viza sisteminin, söz azadlığı üçün qanunvericilik modelinin tədbiqini təklif etdi.
Tədbirin digər iştirakçıları bildirdlər ki, söz azadlığı olan ölkələrin xəritəsi getdikcə qaralır və dünya əhalisinin yalnız 9% yaxşı mətbuat azadlığı mühiti olan ölkələrdə yaşayır.
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) bildirib ki, Böyük Britaniya digər hökümətlərlə birgə gənc demokratiyalara KİV azadlığına görə öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirməsində dəstək mqsədilə hədəf qrupu yaradır. "Bizdə Böyük Britaniyada jurnalistlərin təhlükəsizliyi üzrə milli fəaliyyət planı var. Biz öz təcrübəmizlə bölüşməyə hazırıq", - deyə Hant bildirib.
-
- Cəmiyyət
- 11 İyul 2019 17:45
Cəmiyyət
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Каковы месседжи из последнего интервью Ильхама Алиева и кому они адресованы? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 18
Rəy yaz