AMAY prezidentinin vəkilləri Ali Məhkəmədən bəraət istəyir
“A.M.A.Y” şirkətinin rəhbəri Abdulla Abdullayevin vəkilləri Ali Məhkəməyə müraciət edib və A.Abdullayevin kassasiya şikayətinə martın 2-də baxılması gözlənilir. Bu haqda Turan-a vəkil Osman Kazımlı bildirib.
O.Kazmılı şikayətə İlham Cəfərovun sədrlik etdiyi hakim heyətinin baxacağını söyləyib.
2014-cü il aprelin 4-də həbs olunan A.Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2015-ci il sentyabrın 7-də 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan şirkətin keçmiş əməkdaşları Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun
hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.
A.Abdullayevin vəkili O.Kazımlı A.Abdullayev barəsində çıxarılan məhkəmə qərarlarını qanunsuz və əsassız hesab edir. A.Abdullayev isə özünü təqsirli bilmir. -05B-
-
- Cəmiyyət
- 25 Fevral 2016 16:54
-
- Söz istəyirəm
- 25 Fevral 2016 17:04
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz