Bakı/05.12.23/Turan: Dekabrın 5-də Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Mina Təmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Əkbərov (1992-ci ildə anadan olub) piyada əleyhinə minaya düşüb. ANAMA-nın məlumatında deyilir ki, insident sapyor  xidməti  vəzifəsini yerinə yetirərkən baş verib. Zərərçəkən rayon xəstəxanasına aparılıb, sağ ayağı dizdən aşağı amputasiya edilib. Vəziyyəti orta ağırlıqdadır. 0-  

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə