ANAMA: Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib
2014-cü ilin dekabrında ANAMA tərəfindən 2106370 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, indiyədək cəmi 278297716 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689623-dir.
Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında təmizləmə əməliyyatları davam etdirilir.
2014-cü ilin dekabrında 2 mina/PHS hadisəsi qeydə alınıb. Onlardan birində Azərbaycan ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb. Digər halda isə minaya düşən mülki şəxs olub və hadisə nəticəsində qəlpə yarası alıb.-16D-
-
- Cəmiyyət
- 9 Yanvar 2015 11:55
-
- İqtisadiyyat
- 9 Yanvar 2015 12:56
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz