Təhsil Nazirliyinin daha bir strukturu büdcədən maliyyələşəcək
Nazirlər Kabinetinin qərarı ilə Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təsərrüfat hesablı fəaliyyətini dayandırıb və bundan sonra büdcədən maliyyələşəcək.
Bu struktur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 iyun tarixli 141 nömrəli qərarı ilə hüquqi şəxs kimi yaradılıb. Nazirlər Kabineti qərarını Təhsil Nazirliyinin təklifi ilə əsaslandırıb.
18 dekabr 2014-cü il tarixli qərar bu həftə açıqlanıb. 2014-cü ildə hökumət maddi-texniki təchizat idarəsini də maliyyələşdirməyə başlayıb. Buna qədər idarənin əmlakı özəlləşdirilib.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil sisteminin bütün pillələrini əhatə edən vahid təhsil informasiya mühitinin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, bu sahəyə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsi və səmərəli istifadəsi və s ilə məşğul olur. 08B
-
- Cəmiyyət
- 9 Yanvar 2015 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz