![Anar Məmmədli 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb](https://turan.az/resized/media/2015/main/010600102021-750-500-resize.webp)
Anar Məmmədli 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
13 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş hüquq müdafiəçisi Anar Məmmədlinin karantin müddəti başa çatıb, bu barədə onun doğmaları bildirib.
Sağlamlığında müəyyən problemlər olmasına baxmayaraq, Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır. O, saxlanma şəraitindən şikayət etməyib, lakin cəzaçəkmə müəssisəsinin ekoloji cəhətdən əlverişsiz yerdə yerləşdiyini, yaxınlıqda çoxsaylı karxanalar olduğunu qeyd edib.
Cəzaların İcrası Məcəlləsinə əsasən, Məmmədli yaşayış yerinə ən yaxın cəzaçəkmə müəssisəsində - yəni Bakı ərazisindəki cəzaçəkmə müəssisələrindən birində saxlanılmalıdır.
*Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli 17 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5,5 il müddətinə azadlıqdan məhrum edib.
Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib. O, Vatslav Gavel mükafatına layiq görülüb. -16D-
-
- Sual-cavab
- 6 Yanvar 2015 17:58
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz