Bankların informasiya sistemlərinin təhlükəsizlik qaydaları təsdiq edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarında informasiya sistemlərinin təhlükəsizlik qaydalarını təsdiq edib.
Yeniliyə əsasən, informasiya sistemlərinə (İS) və informasiya texnologiyalarına (İT) qoyulan əsas tələb banklarda İS və İT-lə bağlı problemlərdən yaranan risklərin aktiv idarə edilməsi, fövqəladə hallarda İS-in müntəzəm fəaliyyəti prosedurlarının olması, İS və İT-in istifadə və idarə edilməsi ilə əlaqədar bank əməkdaşları arasında səlahiyyətlərin bölüşdürülməsi, banklarda sistem administratorlarının, təhlükəsizlik administratorlarının və s. təyin edilməsidir.
Bundan başqa, qaydalarda İS-dəki məlumatların çıxarılması, fövqəladə hallarda risklərin idarə edilməsi, informasiya təhlükəsizliyinə dair bölmələr var. İnformasiya təhlükəsizliyi haqqında bölmədə bankın serverlərinə, serverlərin yerləşdiyi otaqlara, istifadəçi və İS administratorlarının funksiyalarına, kriptoqrafik müdafiə sistemlərinin tətbiqinə dair tələblər yer alıb. --17D—
-
- İqtisadiyyat
- 6 Yanvar 2015 17:28
-
- Cəmiyyət
- 6 Yanvar 2015 17:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz