Əlil arabalarının alınmasına vəsait üç dəfə artırılıb
Bu il hökumət 1323 ədəd əlil arabası satın alacaq. Ötən illə müqayisədə bu məqsədlə ayrına vəsait üç dəfə artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ilin dekabrında “İnstal-Servis” şirkəti ilə 996 769,60 manat məbləğində müqavilə imzalayıb, deyə Satınalmalar üzrə Dövlət Agentliyi bildirir. Bir kreslonun orta qiyməti 753,4 manatdır. Moskvada bir mexaniki kreslo 70-150 manata təklif edilir. Böyük Britaniyada da qiymətlər eynidir (70-150 manat) http://www.amazon.com/b?node=3777071 .
Qeyd edək ki, 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabası satın alınması üçün (“Dizayn Construction” şirkəti) 294 730 manatlıq müqavilə bağlayıb. Hər iki şirkət tikinti və təmir üzrə ixtisaslaşıb.
2011-ci ildə əlil arabalarını “Rəvan” (298 953 manat), 2012-ci ildə “Baktel” MMC (243 670 manat) tədarük edib.
Nazirlik əlil arabasına ehtiyacı olanların sayını açıqlamır. --08B—
-
- Siyasət
- 6 Yanvar 2015 17:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz