Samir Aşurov
Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovu həbsdə saxlayıb
Bakı/28.04.22/Turan: Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi fəal Samir Aşurovun həbsindən şikayəti təmin etməyib və onun 4 ay müddətinə həbs edilməsi barədə məhkəmənin qərarını qüvvədə saxlayıb.
Aşurov martın 29-da Almaniyadan deportasiya edilib və 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi –xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq). Onu 6-dan 11 ilədək həbs təhlükəsi gözləyir.
Aşurov ittihamı rədd edir. Həbs olunduqdan sonra ona qarşı təqiblərə son qoyulması tələbilə aclıq elan edib. Onun xanımı Nuranə Aşurova Turan-a bildirib ki, Şüvəlan istintaq təcridxanasında həyat yoldaşını döyüblər, o, mənəvi təzyiqlərə məruz qalıb. Eyni zamanda ona telefon etmək hüququ verilməyib.
“Bu barədə mənə çərşənbə günü istintaq təcridxanasına getdiyim zaman dedi. Samir vəziyyəti kəskin pisləşdiyindən aclığı dayandırmaq məcburiyyətində qalıb. O, şəkərli diabet xəstəsidir”, - Aşurova deyib.
O bildirib ki, Almaniya səfirliyinə müraciət edib, lakin heç kim onu qəbul etməyib.
“Bizi Almaniyadan deportasiya edərkən bildirdilər ki, Samir həbs olunmayacaq və problem olarsa, səfirliyə müraciət edə bilərik. Amma indi səfirliyə qəbula düşə bilmirəm", - Aşurova deyib.
O, həyat yoldaşının saxta ittihamla həbs olunduğuna əmindir. O, Samirin həbsini Almaniyada siyasi mühacirlərin insan hüquqlarının pozulmasına qarşı keçirdikləri etiraz aksiyalarında iştirakı ilə əlaqələndirib. – 30B06-
-
- Siyasət
- 28 Aprel 2022 17:34
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz