Arabir yağış yağacaq

Fevralın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.  Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir. 

Fevralın 21-də Azərbaycanın rayonlarında da arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. -03D-  

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti