Azərbaycanda trol şəbəkəsi – Bəxtiyar Hacıyev "Çətin sual" qarşısında -Canlı
Bakı/15.04.21/Turan: Britaniyada qərargahlanan The Guardian qəzetində aprelin 13-də dərc olunan məqalədə Facebook-un Azərbaycandakı trol şəbəkəsinə qadağalar tətbiq etməsindən altı ay sonra müstəqil xəbər agentlikləri və müxalif siyasətçiləri hədəf alan və dövlətin dəstəyi ilə aparılan trol kampaniyasının yenidən işə başladığı deyilir.
Qəzetdə bildirilir ki, Facebook-un əməkdaşı Sofi Janqın 2019-cu ilin avqust ayında öz menecerləri və şirkət icraçılarına Azərbaycanda təqib kampaniyasının mövcud olduğu ilə bağlı məlumat verməsindən sonra sosial media şirkəti 14 ay boyunca Azərbaycanın hakim partiyası YAP-ın bir qolunun bu kampaniyanı həyata keçirməsinə imkan verib. Facebook 2020-ci ilin oktyabr ayında “koordinasiya edilmiş saxta davranış” əleyhinə qaydalarını pozduqlarına görə YAP-la əlaqəsi olan 8,000 Facebook və Instagram hesabı və səhifəsini sildiyini elan edib.
The Guardian-ın trol əməliyyatının ən əsas hədəfləri üzərində apardığı təhlilin nəticələri trol əmliyyatının bərpa olunduğunu göstərir. Bu təhlilin nəticəsi onu göstərir ki, Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşan Azərbaycanda azad ifadə üçün yeganə məkan olan Facebook-da debatı qapatmasına imkan yaranıb.
Janq Facebook-da saxta hesablardan gələn saxta layk, paylaşım və şərhlərə qarşı mübarizə komandasında çalışarkən trol əməliyyatının üstünü açıb. O, istifadəçi hesablarına bənzər yaradılan minlərlə Facebook səhifəsinin olduğunu və onlardan Azərbaycanda çox az sayda müstəqil xəbər portalı və müxalif siyasətçilərin səhifələrində şərh yazmaq üçün istifadə olunduğunu aşkarlayıb. Şərhlər isə demək olar yalnız həftə içi səhər saat 9-dan axşam saat 6-dək yazılıb.
YAP məsulları The Guardian qəzetinin sorğularına cavab verməyib.
Azərbaycanda trol şəbəkəsinin fəaliyyəti ilə bağlı ictiami fəal Bəxtiyar Hacıyev bu gün saat 15:00-da Kamran Mahmudovun təqdimatında yayımlanan“Çətin sual” verilişində danışacaq. --0--
-
- Cəmiyyət
- 15 Aprel 2021 12:46
Cəmiyyət
-
ABŞ-da keçmiş prezident Donald Trampın seçkidəki qələbəsi Azərbaycan siyasətçiləri və ekspertləri tərəfindən fərqli şəkildə qiymətləndirilib. Siyasi analitik Şahin Cəfərli X şəbəkəsində respublikaçıların qələbəsini prezident Co Baydenin qeyri-effektiv idarəçiliyi ilə əlaqələndirdi: "Xalq indiki hakimiyyəti və onun nümayəndəsini seçmək istəmədi."
-
Cümə axşamı Bakıda buludlu hava şəraiti gözlənilir, gecə Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
-
Azərbaycanda noyabrın 8-dən 13-dək, 6 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin məlumatına görə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
-
Mobil operator “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” proqramı çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün xüsusi təlimlər təşkil edib Azercell DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib. “Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib. Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün təbəb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir.
Rəy yaz