Azərbaycanın beynəlxalq hava limanlarında �ASAN Viza� terminalları işə başlayıb
Bakı/15.05.18/Turan: Mayın 15-də Azərbaycanın beynəlxalq hava limanlarında "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Bu barədə Azərbaycan prezidenti bu il yanvarın 31-də sərəncam imzalyıb.
Sərəncama görə, 2018-ci il mayın 15-dən dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında vizaların verilməsi "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün ASAN Viza vasitəsi ilə birbaşa vizaların verilməsi təmin ediləcək.
Xatırladaq ki, Nyu-York-Bakı təyyarə reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına da Heydər Əliyev beynəlxalq hava limanında 30 günlük viza rəsmiləşdirilir.
"ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dillərində olmaqla 7 dildə fəaliyyət göstərir.
Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.
"ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyev deyib ki, hava limanlarında Yaponiya vətəndaşları üçün "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollardır.
Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.
Xatırladaq ki, hazırda ümumilikdə "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir. -03B-
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz