Azərbaycanın şimalında meşə yanğınları
Bakı/29.07.18/Turan: Azərbaycanın şimalında bəzi yerlərdə meşə yanğınları baş verib.
İyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.
Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə 2 ədəd Mi-17 və BE-200 ÇS amfibiya-təyyarə cəlb edilib.
Lakin iyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə də yanğın baş verib, FHN məlumat yayıb.
Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib.
Yanğının söndürülməsinə 1 Mi-17 vertolyotu cəlb edilib.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, şənbə günü Altıağac Milli Parkında da yanğın baş verib.
Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında yanğın baş verib. Hər iki yerdə alovun yayılmasının qarşısı alınıb.
Yanğınlar quru və isti hava səbəbindən baş verib.-06D--
-
- Cəmiyyət
- 29 İyul 2018 18:17
-
- İqtisadiyyat
- 30 İyul 2018 11:28
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz