Sumqayıtda avtotəmir sexində yanğın nəticəsində 4 nəfər həlak olub
Bakı/29.07.18/Turan: Sumqayıt yaxınlığında avtotəmir sexində baş vermiş yanğın nəticəsində 4 nəfər həlak olub.Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin bazar günü yaydığı məlumata görə, iyulun 28-də saat 19:00-da Bakı-Quba yolunun 29-cu kilometrliyində yerləşən avtotəmir sexində DAF (99 JD 282) avtomobilinin çəni ilə bağlı qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayış nəticəsində yanğın baş verib. Sexin işçiləri Müsü Məlikov, Rövşən Məlikov və Akif Quliyev, həmçinin avtomobilin sürücüsü Fərhad Rüstəmov ağır bədən xəsarəti alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib,ancaq həkimlər onların həyatını xilas edə bilməyiblər.
Fakt üzrə Sumqayıt Şəhər Prokurorluğunda CM-in 162.3 maddəsi (əməyin mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.-06D--
-
- Cəmiyyət
- 29 İyul 2018 18:27
Cəmiyyət
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
-
Yanvarın 7-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı və Heydər Əliyev Mərkəzi də daxil olmaqla, təxminən 20 qurumda rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılacaq.
Rəy yaz