Son yenilənmə

(8 d. əvvəl)
Дашгын Агаларлы

Дашгын Агаларлы

Bakı/08.05.17/Turan: Tbilisi Şəhər Apellyasiya Məhkəməsi Daşqın Ağalarlıya oturma hüququnun verilməsi barədə Tbilisi Şəhər Məhkəməsinin qərarını ləğv edib. O, bir ay müddətində Gürcüstanı tərk etməlidir. Bu barədə Turan-a NİDA Hərəkatının fəalı Əfqan Muxtarlı bildirib.

"Artıq həmin qərar Daşqın Ağalarlıya təqdim edilib", - Ə.Muxtarlı bildirib.

Onun sözlərinə görə, BMT Qaçqınlar üzrə Ali Komissarlığı da onun 3-cü ölkəyə göndərilməsindən imtina edib.

"Daşqın Ağalarlının Azərbaycana qayıtması həyatı üçün təhlükədir", - Ə.Muxtarlı hesab edir.

Xatırladaq ki, Daşqın Ağalarlı 2014-cü il martın 3-də Batumidən Türkiyəyə gedərkən saxlanılıb. Onu 6 ay təcridxanada saxlayıblar və Azərbaycana təhvil vermək istəyiblər. Amma Tbilisi Şəhər Məhkəməsi ittihamlar təsdiqlənmədiyi üçün onu sərbəst buraxıb.

Azərbaycan hüquq- mühafizə orqanlarının məlumatına görə, D.Ağalarlının 4500 avro vergi borcu var və bu səbəbdən İnterpol xəttilə axtarışa verilib.

Müxalifət fəalı olan D.Ağalarlı Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından biridir.

Onun fikrincə, hakimiyyət tərəfindən təqib edilməsinin əsl səbəbi budur.-05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti