Böyükşor gölünün idarəçiliyi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib
Ötən gün prezident İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
Sənədə görə, Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılması), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etmək, habelə qorunub saxlanılmasına nəzarət bu quruma tapşırılır.
Bununla yanaşı “Azərsu” ASC və Azərbaycan Dövlət Neft Şirkəti gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görəcəklər.
Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Böyükşor gölünə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil verməlidir.
Bundan əvvəl dövlət başçısı bildirib ki, Böyükşor gölü ətrafındakı ərazi abadlaşdırılacaq və gələcəkdə orada istirahət zonasının yaradılması nəzərdə tutulur.06D--
-
- Cəmiyyət
- 27 Dekabr 2013 12:23
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz