Cümə axşamı hava haqqında
Bakı/19.09.18/Turan: Sentyabrın 20-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağıntı olmayacaq. Gündüz havanın temperaturu +24+28 dərəcə olacaq.
Ölkə rayonlarında axşam yağış gözlənilir, şimşək çaxacaq. Ölkənin şərq hissəsində leysan yağacaq. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gündüz +31, dağlarda +20 dərəcə olacaq. -02D-
-
- İqtisadiyyat
- 19 Sentyabr 2018 16:02
Cəmiyyət
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
-
Mayın 18-də Bakıda və Abşeronda yağıntılı tutqun hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 11+13, gündüz müsbət 15+19 dərəcə olacaq.
-
Turan İnformasiya Agentliyinin son araşdırmaları Azərbaycanda kanalizasiya sisteminin idarə olunması ilə bağlı narahatedici hüquqi pozuntuları və ekoloji təhdidləri üzə çıxarıb. Turan-ın dərc etdiyi üç məqalədə dövlət nəzarətindəki ciddi nöqsanlar işıqlandırılır ki, bu da kanalizasiya xətlərinin icazəsiz tikintisinə və təmizlənməmiş çirkab sularının Zaqulba və Buzovna çimərliklərinin yaxınlığında Xəzər dənizinə axıdılmasına səbəb olub.
-
Cümə günü saat 11:00-a yaxın minik avtomobili Nərimanov metro stansiyasının yaxınlığındakı World Telecom mağazasına çırpılıb.
Rəy yaz