Əfqan Muxtarlı
Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış olub
Bakı/20.02.18/Turan: Fevralın 20-də Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı martın 2-nə təyin edilib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
"Məhkəmə prosesin qismən məhkəmə istintaqı və əlavə sübutların tələb edilməsiylə keçirilməsi barədə vəsatətimizi təmin etdi. Vəkil Elçin Sadıqovla birgə həm apellyasiya şikayətimizdə, həm də şikayətə əlavəmizdə məhkəmə istintaqının keçirilməsi və əlavə sübutların tələb edilməsi ilə keçirilməsi barədə 14 vəsatət vermişdik. Məhkəmə istintaqının hədlərini də göstərmişdik. Bu gün məhkəmə istintaqının keçirilməsi barədə qərar verilsə də onun hədləri ilə bağlı məsələ qeyri-müəyyən qaldı", - o qeyd edib.
Jurnalist Ə.Muxtarlı 2017- ci il mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.
Bundan başqa ona CM-in 318.1, 206.1 maddələri - sərhəddi qanunsuz keçmə və qaçaqmalçılıq- ilə ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia ediblər ki, Ə.Muxtarlı sərhəddi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.
Ə.Muxtarlı ittihamları rədd edərək həbsi "siyasi sifariş" adlandırıb.-03B-
-
- İqtisadiyyat
- 20 Fevral 2018 14:19
-
- İqtisadiyyat
- 20 Fevral 2018 14:47
Cəmiyyət
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
Rəy yaz