Ehtiyatda olan zabitlər mitinqi təxirə salıblar
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi fevralın 5-də keçirəcəyi mitinqi təxirə salıb.
Birliyin sədri Yaşar Cəfərli bildirib ki, ölkədə son günlər bir-birinin ardınca baş verən hadisələrdən (İsmayıllı, Göyçay aksiyaları, Müsavat başqanının Lənkərana səfərinin baş tutmaması və s.) sonra ölkədə yaranmış ictimai-siyasi gərginliyi nəzərə alaraq mitinq qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Mitinqin Səfər Əbiyevin müdafiə naziri vəzifəsinə təyin olunmasının 18-ci ildönümündə keçirilməsi nəzərdə tutulurdu.
Y. Cəfərli deyib ki, aksiya təxirə salınsa da müdafiə naziri Səfər Əbiyevin istefa tələbinə yönələn imzatoplama kampaniyası davam etdiriləcək.
Təşkilat mitinqdə aşağıdakı şüarları səsləndirməyi nəzərdə tuturdu: “Əsgər ölümlərinə yox!”, “Orduda korrupsiyaya və rüşvətxorluğa son qoyulsun!”, “Əsgərin payına göz dikənlər kor olsun!”, “Hərbçilərin və onların ailələrinin pozulmuş hüquqları bərpa olunsun!”, “Ehtiyatda olanlara da məzuniyyət pulları ödənilsin!”, “Maaşlar artırılsın!”, “Hərbçilərin hamısına mənzil verilsin!”, “Veteran pullarımızı mənimsəməyin!”, “3-cü qat əmək haqqımızı qaytarın!”, “Özbaşınalığa son qoyulsun!”, “Məhkəmə qətnamələri dərhal icra olunsun!”, “Ordu rəhbərliyi dəyişdirilsin!”, “Səfər Əbiyev istirahətə göndərilsin!”, “Nəcməddin Sadıqova azadlq!”, “Durğunluğa yox, islahatlara hə!, “Ordunu özününküləşdirənlərə ar olsun!”, “Vəzifə hərisləri rədd olsun!”, “Arsızlığa və məsuliyyətsizliyə son”, “Ordu və xalq yekdildir!” -03D-
-
- Cəmiyyət
- 4 Fevral 2013 11:14
Cəmiyyət
-
Cümə axşamı paytaxtda hava tutqun olacaq, səhər az yağış yağa bilər. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 8 +10, gündüz müsbət 12 + 15 dərəcə olacaq. Rütubət gecə və gündüz rütubət 65-75 faiz olacaq.
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
-
Çərşənbə günü paytaxtda gecə və səhər yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Builki COP29 iqlim konfransının aktiv səhnələri arasında özünü FINS Təşəbbüsü adlandıran bir qrup tərəfindən təşkil edilən balina ovu və dənizin dərinliklərindən faydalı qazıntıların hasilatına qarşı etiraz nümayəndələrin və müşahidəçilərin diqqətini cəlb edib. Lakin qrupun legitimliyi ilə bağlı suallar yaranır, çünki İnternetdə axtarış onun mövcudluğuna dair dağınıq qeydlərdən başqa çox az dəlil verir.
COP29 | Leaders' Summit of the Small Islands Developing States on Climate Change
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:59
- 79
Rəy yaz