Fevralda Azərbaycanda COVID-19-a yoluxma üzrə 514 hal aşkar edilib
Fevralda Azərbaycanda COVID-19-a yoluxma üzrə 514 hal aşkar edilib
Fevralda Azərbaycanda COVID-19 koronavirus infeksiyasına yoluxma üzrə 514 hal qeydə alınıb, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
28 nəfər vəfat edib. 513 nəfər sağalıb.
Martın 1-nə olan məlumata görə, aktiv COVID-19 xəstələrinin sayı 114 nəfərdir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin martında tətbiq edilmiş xüsusi karantin rejimi hələ də qüvvədədir.
Eyni zamanda, yeganə məhdudiyyət qonşu dövlətlərlə quru sərhədlərin bağlı olaraq qalmasıdır.
Hökumət quru sərhəd üzrə hərəkətə qadağanın qalmasının səbəbilə bağlı ağlabatan izahat vermir AZAL aviaşirkəti isə ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını bildirir.
-
- Siyasət
- 2 Mart 2024 11:05
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz