Mahammad Mirzali
Fransada bloger Məhəmməd Mirzəliyə hücum edən dörd azərbaycanlı həbs edilib
Bakı/28.04.22/Turan: Aprelin 26-da Fransa məhkəməsi 2021-ci ilin martında Nant şəhərində siyasi mühacir, bloger Məhəmməd Mirzəliyə hücuma görə dörd azərbaycanlıya ittiham irəli sürüb.
Həbs edilənlərdən üçü əslən Azərbaycandan, biri isə qonşu Gürcüstandandır. Onlar mütəşəkkil dəstənin tərkibində adam öldürməyə cəhddə ittiham edilərək həbs olunublar.
Mirzəliyə hücum edənlər ona çoxsaylı bıçaq xəsarəti yetiriblər və möhkəm döyüblər. Həbs olunanların adları açıqlanmır. “Sərhədsiz reportyorlar” istintaqı hücumun təşkilatçısını müəyyən etməyə çağırıb. -02D-
-
- Siyasət
- 28 Aprel 2022 17:34
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz