Dünən axşam NİDA hərəkatının iki fəalı – Bayram Məmmədov və Qiyasəddin İbrahim saxlanılıb. Onların harada saxlanıldığı bildirilmir.
NİDA hərəkatı hesab edir ki, gənclər dünən Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə qalmaqallı yazılarla əlaqədar saxlanılıblar.
Xatırladaq ki, facebook-da abidənin postamentində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində Qul Bayramınız Mübarək! yazısı olan şəkilləri yayılıb. Postamentin ön tərəfində Fuck the system! (Rədd olsun sistem!) yazılıb. Səhər bu yazılar silinib.
Polis indiyədək bu hadisə, eləcə də gənc fəalların saxlanması ilə bağlı şərh verməyib. -06D-
-
- Cəmiyyət
- 11 May 2016 17:46
Cəmiyyət
-
Azərbaycanda bəzi dərmanların icbari tibbi sığorta xidmətləri zərfi çərçivəsində vətəndaşlara verilməsi ilə bağlı bəzi yeniliklər gözlənir. Bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə əksini tapa bilər.
-
Milli Hidrometeorologiya Mərkəzinin sinoptikləri ardıcıl olaraq üç gündür paytaxtda və Abşeronda yağış yağacağını vəd edirlər, lakin bu yağış hələ də yağmır. Noyabrın 29-na da intensiv yağış proqnozlaşdırılıb.
-
Azərbaycanın Nazirlər Kabineti Yeni İldə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
-
Bu ay Bakıda Laser Beauty Clinic özəl klinikasında ixtisassız həkimlər tərəfindən qanunsuz cərrahi əməliyyatların aparılması halları aşkar edilib. Nəticələr barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirib. Mərkəz vətəndaşların şikayətlərindən sonra klinikada yoxlama aparıb.
Rəy yaz