İkinci rübün nəticələrinə əsasən �Bank Respublika�nın dinamik inkişafı davam edir
Bakı, 26 iyul 2018. Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.
1 iyul 2018-ci il tarixinə bankın aktivləri 860 mln. manata qədər çatdırılıb ki, bu da birinci rüblə müqayisədə 16,4% çoxdur. İkinci rübün nəticələrinə əsasən bankın xalis mənfəəti artaraq 640 min manata çatdırılıb.
Hesabat dövrünə bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım müşahidə olunur.
"2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər - təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi Bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək" - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
-
- Maliyyə
- 26 İyul 2018 13:07
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz