İlqar Məmmədov
İlqar Məmmədov: Neft olmasa�
Bakı/28.11.17/Turan: Respublikaçı Alternativ (ReAl) Hərəkatının həbsdəki lideri İlqar Məmmədov ölkə parlamentindəki büdcə müzakirələri barədə mesaj göndərib.
Büdcəyə tənqidi yanaşan ReAl lideri 2018-ci ilin dövlət büdcəsinin də neftdən asılı olmasına diqqəti çəkib.
Mesajdan anlaşılır ki, İlqar Məmmədov dövlət televiziyasından büdcə müzakirələri barədə bilgi əldə edə bilib.
"Milli Məclis ötən həftə gələn ilin büdcəsini müzakirə edəndə, əlimə təsadüfən Mikayıl Müşfiqin kitabı düşdü. Deputatları izlərkən oxuduğum bir sətir məni çox güldürdü: "Neft olmasa parlarmı baxışlar?", ReAl lideri yazır.
O, qeyd edir ki, gələn ilin büdcəsində neft pullarının payı az qala 40 faiz artacaq.
"Bu da onların (hökumətin) qeyri-neft, əslində isə "qeyri-həqiqət sektoru", deyə ReAl lideri ironiya ilə qeyd edib.
-
- Cəmiyyət
- 28 Noyabr 2017 18:25
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz