![İran sərhədində narkotik maddə götürülüb və sərhəd pozucusu saxlanılıb](https://turan.az/resized/news/2025/OsAbnUhGYY5y7Uf7TYvtQca2rK8aK1fJwyDlT14H-750-500-resize.webp)
İran sərhədində narkotik maddə götürülüb və sərhəd pozucusu saxlanılıb
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycana 700 qram tiryək, 13 mindən çox Preqabalin- 150 həbinin və 600 ədəd Metadon-40 həbinin keçirilməsi cəhdinin qarşısı alınıb. Bunun harada və nə vaxt baş verdiyi açıqlanmır.
Məlumatda deyilir ki, Yardımlı rayonunda İran tərəfdən sərhədin pozulması cəhdi zamanı Azərbaycanın Yevlax rayon sakini Zakir Məhərrəmov (1984-cü ildə amadan olub) saxlanılıb, faktlarla bağlı araşdırma aparılır.
Cəmiyyət
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
Rəy yaz