Açiq mənbələrdən foto.
İranla sərhəddə 17 kiloqram narkotik maddə götürülüb
Bakı/27.10.22/Turan: Oktyabrın 25-də Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında sərhədçilər İran tərəfdən iki nəfərin sərhədi pozduğunu qeydə alıblar. Sərhəd pozucuları “Dayan!” əmrinə tabe olmayaraq geriyə İran ərazisinə qaçıblar.
Əraziyə baxış zamanı sərhədçilər içərisində 17 kiloqram müxtəlif narkotik maddə (marixuana, tiryək, metadon) olan bağlama aşkar ediblər. Faktla bağlı araşdırma aparılır, oktyabrın 27-də Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib. 05D
-
- İqtisadiyyat
- 27 Oktyabr 2022 12:10
-
- Maliyyə
- 27 Oktyabr 2022 12:59
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz