Tale Bağırzadə
İslamçıların aclıq aksiyasının iştirakçılarından biri xəstəxanaya yerləşdirilib
Bakı/09.06.22/Turan: “Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Tale Bağırzadə 7-ci gündür ki, Qobustan həbsxanasında aclığı davam etdirir. Hərəkatın digər üzvləri və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar. Onlar polisin işgəncə tətbiq etməsinə və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etməsinə etiraz edirlər.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də mətbuat konfransında təhlükəsizlik qüvvələrinin işgəncələri və Allahı təhqir etdikləri barədə danışıblar.
Aclıq nəticəsində iştirakçılardan biri, Cabbar Cabbarovun vəziyyəti kəskin pisləşib, o, qan qusmağa başlayıb və həbsxana xəstəxanasına yerləşdirilib.
“Müsəlman Birliyi” Hərəkatından Turan-a bildiriblər ki, Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseyn, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.
Penitensiar Xidmətdə aclıq barədə məlumatı şərh etməyiblər, ancaq Cabbarovun müalicə müəssisəsinə köçürüldüyünü təsdiqləyiblər.—06B-
-
- Cəmiyyət
- 9 İyun 2022 17:16
-
- Aktual Reportaj
- 9 İyun 2022 19:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz