İsti hava şəraiti meşə yanğınlarına səbəb olur
Bakı/28.07.18/Turan: Cümə günü Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə massivində və Astara rayonunda Hirkan Milli Parkının ərazisində yanğın baş verib.
FHN-in məlumatında deyilir ki, Ağsu rayonunda alov 2,5 ha ərazini əhatə edib. FHN Yanğından Mühafizə Xidməti tərəfindən alovun yayılmasının qarşısı alınıb.
Hirkan Milli Parkında 10 ha sahə yanıb. FHN Yanğından Mühafizə Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin səyləri nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Yanğının səbəbləri açıqlanmır. Lakin hər il isti və quru hava şəraiti meşə massivlərində yanğına səbəb olur.-02D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz