Xəzəryanı ölkələrin hərbi dənizçiləri �Dəniz Kuboku�na hazırlaşırlar
Bakı/28.07.18/Turan: "Dəniz kuboku - 2018" beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıblar.
Hərbi dənizçilər "Artilleriya atəşlərinin yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
"Dəniz kuboku - 2018" müsabiqəsi iyulun 30-dan avqustun 10-dək Azərbaycanın ərazi sularında keçiriləcək. Beşinci sahil ölkəsinin - Türkmənistanın iştirakı barədə açıqlama verilmir.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkə rəhbərləri Xəzərin hüququ statusu üzrə üzrə Konvensiyanı imzalayacaqlar. Sənəd Xəzərdə dənizin dibinin və təbii sərvərlərin bölünməsi, boru kəmərlərinin çəkilməsi və s. ilə bağlı çoxillik mübahisə və münaqişələrə son qoymalıdır.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz