Фикрет Гусейнли
Jurnalist Fikrət Hüseynli ukraynalı deputatın zaminliyilə azadlığa buraxılıb
Bakı/27.10.17/Turan: Kiyev məhkəməsi jurnalist Fikrət Hüseynlini Ukrayna parlamentinin deputatı Nikola Knyazskinin zaminliyilə azad etməyi qərara alıb. Bu barədə Turan-a F.Hüseynlinin həmkarları bildiriblər.
Jurnalistin həmkarları saat 14:00-da bildiriblər ki, məhkəmənin rəsmi qərarı hələ vəkilə verilməyib.
Xatırladaq ki, Hollandiya vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynli iki həftə öncə Kiyevdən gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. Kiyev məhkəməsi onu 18 sutka həbs edib.
Rəsmi Bakı F.Hüseynlini dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham edib.
Jurnalist özü və həmkarları bildirirlər ki, həbsin əsl səbəbi onun "Turan" TT İnternet kanalında Azərbaycan hakimiyyətini tənqid etməsidir.-03D-
-
- İqtisadiyyat
- 27 Oktyabr 2017 14:07
-
- Maliyyə
- 27 Oktyabr 2017 14:21
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz