Jurnalistin qohumları azadlıqdan məhrum ediliblər
Bu gün Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin redaktoru və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidovun qohumlarının barəsində hökm çıxarılıb.
Hakim Eldar Mikayılov Rüfət və Rövşən Zahidovların hər birini 6 il azadlıqdan məhrum edib.
Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, hakim onları narkotik maddə saxlamaqda ittiham edib. Hökmdən şikayət veriləcək.
Xatırladaq ki, Rüfət və Rövşən Zahidovlar ötən ilin iyulunda həbs olunublar. Onlar fəhlədirlər və Şamaxıda yaşayırlar. Həbsin əsl səbəbi Qənimət Zahidin jurnalist fəaliyyətidir. Q.Zahidov bir neçə ildir ki, Fransada mühacirətdədir və orada “Azərbaycan saatı” peyk proqramını təsis edib.-16D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz