Konfederasiya əlilə 100 min manat kompensasiya ödəyəcək
Həmkarlar İttifaqı Konfederasiyası özünü yandıran Qarabağ əlili Zaur Həsənova 100 min manat kompensasiya verilməsi haqda qərar qəbul edib. Bu barədə Turan-a Konfederasiyanın sədri, deputat Səttar Mehbalıyev eksklüziv bildirib.
Onun sözlərinə görə, bundan əlavə, Z.Həsənovun övladları yetkinlik yaşına çatana qədər hər ay 1500 manat müavinət alacaq. Z.Həsənovun indiki müalicəri, sağaldıqdan sonra belə ehtiyacı olarsa, sonrakı müalicələrinin maliyyə xərcləri ödəniləcək. -05B-
-
- İqtisadiyyat
- 27 Dekabr 2013 15:14
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz