Leyla Yunus Avropa Şurasının baş katibi ilə görüş haqqında

Sülh və Demokratiya İnstitutunun (SDİ) siyahılarına əsasən bu gün Azərbaycanda 130 siyasi məhbus, o cümlədən 40 “vicdan məhbusu” var. SDİ onların dərhal azad edilməsini tələb edir. Bu mövqeyi SDİ direktoru Leyla Yunus bu gün vətəndaş cəmiyyəti fəallarının Avropa Şurasının baş katibi Torbyern Yaqlandla görüşdə ifadə edib.

Qeyd edək ki, görüşdə hüquq müdafiəçiləri Yaqlanda dərhal azad edilməli olan 30 siyasi məhbusun siyahısını təqdim ediblər, 70 nəfər barəsində isə təkrar məhkəmələr keçirilməlidir.

Yunus Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu nöqteyi-nəzərlə razı deyil.

Prinsipcə, o, siyasi məhbusların bəzilərinin dərhal, digərlərinin daha sonra azad edilməli olduğu qruplara bölünməsi ilə də razı deyil.

Müstəqil məhkəmə hakimiyyətinin olmadığı bir şəraitdə işlərə təkrarən ədalətli baxılacağına ümid etmək olmur, Yunus belə hesab edir. O xatırladıb ki, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra təkrar proseslər aparılıb və siyasi məhbusların yenidən mühakimə edilməsi ilə başa çatıb.

Bundan başqa, Yunus 30 siyasi məhbus siyahısı ilə razılaşmayıb, belə ki, bu siyahıda jurnalist Rauf Mirqədirovun və fəal Anar Məmmədlinin adları yoxdur.

Yaqlandla görüşdə Yunus həmçinin bildirib ki, bu qədər çox sayda siyasi məhbus olmasına görə yanvarda Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməsini qəbul etməyən AŞPA deputatları da məsuliyyət daşıyır. Cəmi 10 gün sonra İlqar Məmmədov və Tofiq Yaqublu, bir il ərzində isə daha 30-a yaxın fəal həbs edilib.

Onun fikrincə, Rauf Mirqədirova qarşı cinayət işi onu həbs etmək üçün açılıb. “Rauf Mirqədirovu Laura Baqdasaryana hansısa məlumatlar ötürməkdə ittiham edirlər. SDİ uzun illərdir Baqdasaryanla birgə layihələr həyata keçirir”, deyə Yunus bildirib. -06B-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti