Leyla Yunus, İbragim Lenberanski
Leyla Yunus prokurorluqdan pasportlarının qaytarılmasını tələb edir
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 29-da Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə dəvət olunub.
“Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorkuğa gəlməyimi istədi”, - L.Yunus Turan-a bildirib. O qeyd edib ki, görüşün səbəbləri açıqlanmayıb.
“Mən Ləmbəranskiyə dedim ki, bir şərtlə gələrəm ki, qanunsuz götürülmüş pasportlarımız mənə və həyat yoldaşıma qaytarılsın”, - L.Yunus vurğulayıb. O dəqiqlədirib ki, pasportları aldıqdan iki saat sonra prokurorluqda olacaq.
L.Yunus jurnalistlərin dəstəyini istəyib.
Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönlü KİV onu erməni QHT-lərlə əməkdaşlıqda ittiham edib. -0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz