![Leysan yağışı paytaxtda zirzəmiləri basıb](https://turan.az/resized/media/2016/main/060600158278-750-500-resize.webp)
Leysan yağışı paytaxtda zirzəmiləri basıb
Bazar ertəsi saat 16:30 radələrində paytaxtda başlayan leysan yağışı təxminən 20 dəqiqə davam edib. Düşən yağıntının həcmi, qeyri-rəsmi məlumatlara görə, bir aylıq normaya bərabər olub.
Güclü su axınları küçələri və bəzi zirzəmiləri basıb. Leysan şəhərin dağlıq hissəsində xüsusilə ciddi problemlər yaradıb. Buradan su axınları mərkəzə axıb.
Bakıda belə leysan nadir görünən haldır. -02В-
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz