Адвокат Фахраддин Мехтиев
Məhkəmə Fəxrəddin Mehdiyevin şikayətinə baxmaqdan imtina edib
Bakı/27.04.18/Turan: Vəkil Fəxrəddin Mehdiyev vəkillik fəaliyyətinin bir il dayandırılması ilə bağlı Vəkillər Kollegiyasinın qərarını mübahisələndirmək üçün şikayət edib. Bu barədə Turan-a F.Mehdiyev özü bildirib.
F.Mehdiyev müdafiə etdiyi şəxs, Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin KİV-ə müsahibəsinə görə cəzalandırılıb.
Vəkillər Kollegiyası hesab edib ki, bununla F.Mehdiyev peşə etikasını pozub. Ancaq vəkil qeyd edib ki, onun səlahiyyəti məhz müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdan ibarətdir və bu məsələdə etikanın pozulması absurddur.
F.Mehdiyev 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinə şikayət edib.
"Amma aprelin 27-də hakim Möminat Hacıbəyova şikayəti icraata ğötürmədi, üstəlik götürə bilməməsini əsaslansdıra bilmədi", - vəkil Turan-a deyib.
Hakim bildirib ki, bu cür işlərə ümumi məhkəmələrdə baxılır. "Ancaq bu, belə deyil. Ali Məhkəmə plenumunun qərarları var və həmin qərarlara görə, bu tip şikayətlərə məhz İnzibati-İqtisadi məhkəmələrdə baxılmalıdır", - vəkil qeyd edib.
Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il yanvarın 22-də F.Mehdiyevin fəaliyyətinin bir il dayandırılması barədə qərar qəbul edib.-05B-
-
- Siyasət
- 27 Aprel 2018 18:20
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz