Siyasi məhbusların doğmaları dustaqlara lazımi tibbi yardımın göstərilməməsindən şikayətlənirlər
Баку/27.04.18/Turan: Həbsxanada saxlanılan bəzi fəalların səhhəti ilə bağlı problemləri var. Ancaq onlara ciddi tibbi yardım göstərilmir.
Bu barədə aprelin 26-da Məhbus Ailələrinin Koordinasiya Mərkəzi və Azərbaycan Ziyalılar Birliyinin təşkil etdiyi görüşdə bildirilib.
AXCP sədrinin müavini, həbsdə olan Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qeyd edib ki, Nardaran hadisələri ilə bağlı həbs olunanlar Şamil Abdullayev, Cabbar Cabbarov, jurnalist Əfqan Sadıqov, AXCP fəalı Elnur Fərəcovun vəziyyəti narahatlıq doğurur.
Ş.Abdullayev ağır vəziyyətdədir. Onun bir ayağı çox arıqlayıb və 10 sm. qısalıb. Bundan əlavə, onun bədənində iki güllə qalıb. Həmin güllələri 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı alıb.
Hazırda o, Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanılır, ancaq ona real tibbi yardım göstərilmir.
Qaraciyər xəstəliyindən əziyyət çəkən C.Cabbarov Qobustan xəstəxanasında saxlanılır. Kameranın tavanı tökülür.
E.Fərəcov onkoloji xəstəlikdən əziyyət çəkir. Onu vərəm xəstələrinin saxlandığı 3 saylı koloniyaya yerləşdiriblər. Vəziyyəti ilə bağlı doğmalarına məlumat verilmir.
Jurnalist Ə.Sadıqlının təzyiqi 200/100-dən aşağı enmir, onun da ayaqları şişib. Həyat yoldaşı bildirib.
Nardaran əməliyyatı zamanı yaralanan qəsəbə sakini Əbülfəz Bünyadov bildirib ki, onu xərəkdə məhkəməyə aparırlar. Doğmalarını onun yanına buraxmırlar.
Hüquq müdafiəçisi Oqtay Gülalyev deyib ki, ömürlük həbs cəzası almış xüsusi təyinatlı polis dəstəsinin üzvü Elçin Əmiraslanov müalicə olunmadığına görə aclıq elan edib.
Hüquq müdafiəçisi "Siyasi məhbuslar müalicə olunsun!" ictimai kampaniyasına başlanmasını təklif edib.
"Xural" qəzetinin redaktoru Əvəz Zeynallı təklif edib ki, hüquq müdafiəçiləri siyasi məhbusların ailə üzvləri ilə birlikdə həbsxanalara gedərək onlarla görüşlər təşkil etsinlər.
Görüşün yekunlarına əsasən Nigar Yaqublu, Eldəniz Quliyev, Zümrüd Yağmur, Əvəz Zeynallıdan ibarət qrup yaradılıb. Qrup beynəlxalq təşkilatlara və Penitensiar Xidmətə müracitət edərək xəstə məhbuslara effektiv tibbi yardımın göstərilməsini tələb edəcək.
Öz növbəsində Penitensiar Xidmətdən bildirilib ki, məbusların müalicəsi məsələsi ilə Ədliyyə Nazirliyinin Baş İdarəsi məşğul olur və lazımi tibbi yardım göstərir. Əgər ehtiyac yaranarsa onları müalicə müəssisəsinə göndərir.-06B--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz