Məhkəmə ilahiyyatçını həbsdə saxladı
Bakı Apellyasiya Məhkəməsi Salyan rayonundan olan ilahiyyatçı Cavid Məmmədovun həbs qətimkan tədbirinin dəyişdirilməsi və sərbəst buraxılması haqqında şikayətini təmin etməyib. Bu barədə Turan-a Məmmədovun doğmaları bildirib.
Şikayətə qapalı rejimdə baxılıb. İlahiyyatçı oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilən hicaba dəstək aksiyasının təşkilində əli olmaqda ittiham olunub, lakin qanunsuz silah saxlanılması haqqında ittiham irəli sürülüb.
İlahiyyatçı ittihamı təkzib edir və silah və döyüş sursatlarını onun üzərinə atıblar. O, həmçinin bildirib ki, heç vaxt siyasətlə məşğul olmayıb və 5 oktyabr aksiyası ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o, öz qızını belə məktəbə hicabsız göndərir və məhkəmədə bunu təsdiq edən arayış təqdim edib.
Məmmədov oktyabrın 17-də Nəsimi rayon polisi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl DİN bildirib ki, Məmmədovun Nəsimi rayonu ərazisində yerləşən mənzilindən tüfəng, güllə, müxtəlif valyutalarda böyük məbləğdə pul, habelə dini ədəbiyyat müsadirə edilib.
Qeyd edək ki, Məmmədov Salyan rayonunun sakinidir və nüfuzlu din xadimi hesab olunur. O, İranda və Suriyada təhsil alıb. -06B-
-
- Söz istəyirəm
- 5 Noyabr 2012 17:05
-
- Siyasət
- 5 Noyabr 2012 17:43
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz