Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun vəsiqəsi
Məhkəmə prokurorluğunun hərəkətlərini qanunsuz hesab etdi
Bakı/28.08.19/Turan: Avqustun 27-də Səbail rayon Məhkəməsi 2017-ci ildə Türkiyədə vəfat etmiş Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölüm faktının araşdırmasında Səbail Rayon Prokurorluğunun hərəkətsizliyindən verilmiş şikayətinə baxaraq, təqdim etdiyi müraciətə baxılmamasını qanunsuz hesab edib və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi barədə qərar qəbul edib.
Mərhumun yaxınları iddia edir ki, Hüseynov zəhərlədərək öldürülüb və işin araşdırması üçün ptokurorluğa müraciət edib.
Bu barədə Turana məlumat verən hüquq müdafiəçisi Elçin Məmmədin sözlərinə görə, keçən məhkəmə prosesində hakim Azər Tağıyev Baş Prokurorluğun əməkdaşının öldürülməsi məsələsinə münasibət bildirmək üçün Səbail rayon prokurorluğa vaxt vermişdi. Prokurorluğun nümayəndəsi Ramin Almazov isə şikayətin əsassız olduğunu bildirmişdi.
Xatırlayaq ki, 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində vəfat edən Emin Hüseynovun yaxınları onun ölüm faktının araşdırılmasında Səbail rayon Prokurorluğunun hərəkətsizliyindən məhkəmə orqanına şikayət verib. Onlar iddia edir ki, Hüseynovun kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişdiyi məlum olub.
Hüquq müdafiəçisi Elçin Məmməd bildirir ki, Türkiyə tərəfi hadisəsi ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində cəlb edib. Lakin bu şəxslərin istintaqa cəlb edilməsi üçün heç bir tədbir görülmür.--0-
-
- Cəmiyyət
- 29 Avqust 2019 10:58
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz