S.Həzi: Bu, təntənəli qarşılanmağımın qarşısını almaq üçün idi (yenilənib-video)
Bakı/29.08.19/Turan: "Mənim barəmdə beş il öncə verilən ittihama da, məhkəmə qərarına da münasibətim dəyişməyib, ittiham qərəzli, məhkəmə qərarı isə ədalətsiz idi". Bunu avqusutun 29-u səhər saatlarında həbsdən azad olunan jurnalist Seymur Həzi bildirib.
O vurğulayıb ki, bu beş illik həbs müddəti həbs müddəti olmayıb, əksinə beş il idmanla məşğul olub, çox kitab oxuyub. "Yəni bu beş il həyatımdan heç nə ala bilmədi, əksinə, bəzi müsbətləri əlavə etdi", deyə Həzi bildirib.
Jurnalist hesab edir ki, həbsi hökumətin tənqidə dözümsüzlüyünün göstəricisidir. "Bununla hökumət göstərdi ki, tənqid üçün açıq deyil və tənqidə görə cəzalandırma yolu tutub", deyə o əlavə edib.
Həzi həbsdən səhərin erkən saatlarında buraxılmasına da münasibət bildirib. "Bu, hər şeydən öncə mənim təntənəli qarşılanma mərasimimin qarşısını almaq üçün edildi, elə bunun özü də hökumətin qorxusunun ifadəsidir", deyə S.Həzi vurğulayıb. -0-
* * *
2019 Avqust 29 (Cümə axşamı) 10:58:39
Seymur Həzi azadlıqda
Bakı/29.08.19/Turan: Bu gün, avqustun 29-da jurnalist Seymur Həzi azadlığa çıxıb. Onun 5 illik həbs müddəti bu gün tamamlanıb.
Jurnalistin azadlığa çıxması xəbərini, fotosunu "facebook" sosial şəbəkəsində dostları, yaxınları paylaşıblar.
"Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 29-da həbs edilib.
Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.
Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələri, "Azərbaycan saatı" proqramındakı çıxışlarıyla əlaqələndirib.
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə heç kəsin cəza çəkmədiyini deyir.
Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzi ilə bağlı qərarını elan edib.
Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.
Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.
Qərara əsasən Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.
-
- Cəmiyyət
- 28 Avqust 2019 17:31
-
- İqtisadiyyat
- 29 Avqust 2019 11:10
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz